26 C
Bakı
15 Sentyabr 2026 10:26
CəmiyyətDin

Kim deyirsə ki, maşınımın qiyməti 250 min manatdır… – Hacı Surxay

Tanınmış din xadimi, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli sosial şəbəkələrdə idarə etdiyi avtomobillə bağlı yayılan iddialara münasibət bildirib.

Tacxeber.com xəbər verir ki, o, sürdüyü “Nissan Patrol” markalı avtomobilin 250 000 manat dəyərində olduğu barədə iddiaların yalan olduğunu bildirib.

O qeyd edib ki, maşını təxminən bir il əvvəl 33 000 manata, kredit yolu ilə əldə edib.

Hacı Surxayın sözlərinə görə, avtomobil 2017-ci il deyil, 2010-cu il istehsalıdır və bazar qiyməti heç bir halda yüz minlərlə manatla ölçülə bilməz.

“Kim deyirsə ki, bu maşın 250 min manatdır, buyursun gəlsin, 28 min manata ona verim. Gedib istədiyi qiymətə satsın. Beş aydır satıram, heç kim almır”, – deyə o bildirir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Fərid Eyvazovun güc şousu alınmadı… – “Alliance Clinic”də ciddi nöqsanlar

admin

Bəs hicab taxmayan qadınlar nədir?

redaktor

Məqsəd Bağırovun həbsi ilə bağlı gözlənilməz suallar

redaktor