DünyaSiyasət

Tramp: ABŞ İranı vurmasaydı Tehran artıq nüvə silahına sahib ola bilərdi

“Əgər ABŞ İran ərazisindəki obyektlərə zərbələr endirməsəydi, Tehran artıq nüvə silahına sahib ola bilərdi”.

Tacxeber.com xəbər verir ki, bu fikri ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlaması zamanı səsləndirib.

“Düşünürəm ki, İrana edilən hücum çox vacib idi. Çünki, bu hücum olmasaydı, İranın bu günə qədər yəqin ki, nüvə silahı, hətta çoxsaylı nüvə başlıqları olardı. İndi İran sülhün təmin olunması üzərində işləmək istəyir. Onlar bizə bu barədə məlumat veriblər və bu razılaşmanı (Qəzza sektorunda döyüşlərin dayandırılmasına dair) tam şəkildə dəstəklədiklərini bildiriblər. Məncə, bu, əladır. Biz buna görə minnətdarıq və İranla əməkdaşlıq edirik” – o deyib.

Trampın sözlərinə görə, belə bir vəziyyət Yaxın Şərqdə sülhün bərqərar olunmasına dair əldə edilən razılaşmaları kölgədə qoya bilərdi.

 

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Zelenskini Rusiya dizel mühərriklərinə hücumları dayandırmağa çağırıb

redaktor

BRİCS yüz dəfə də toplaşsa, ciddi siyasi və iqtisadi güc mərkəzinə çevrilə bilməyəcək

redaktor

“Rusiya bir həftədə Ukraynaya 2100 dron və 78 raket atıb”

redaktor