22.8 C
Bakı
10 İyun 2026 00:36
DünyaSiyasət

““Dahi” strateq Putin də özünün fəlakətli səhvləri ilə Rusiya biabırçı vəziyyətə düşürüb” Yadigar Sadıqlı

Tarixdən dərs alıb nəticə çıxaran dövlətlər zatən çox deyil, Rusiya isə bu sahədə, ümumiyyətlə, lap autsayderdir. SSRİ 1983-cü il sentyabrın 1-də azaraq öz hava məkanına daxil olan Cənubi Koreya sərnişin təyyarəsini vurdu (bu barədə məqaləmə keçid şərhdə). Əvvəlcə inkar etdilər. ABŞ kəşfiyyatı ortaya səs yazılarını qoyandan sonra etirafdan başqa çarə qalmadı. Sərnişin təyyarəsinin vurulması bir hiddət doğururdusa, onun inkar edilməsi və yalan danışılması ikiqat hiddət doğurdu.

2014-cü il iyulun 17-də Donbas döyüşləri zamanı Rusiya (və ya ruspərəst) qüvvələr Malayziyanın sərnişin təyyarəsini vurdular, indiyə qədər inkar edirlər. Bu hadisə Krımın işğalından, Donbasda separatçılıq görüntüsü yaratmaqdan daha çox hiddət doğurdu və antirusiya əhvalını körüklədi.

2024-cü il dekabrın 25-də Azərbaycanın sərnişin təyyarəsini vurdular. Ən bəsit məntiq dərhal hadisənin etiraf olunmasını və üzrxahlıq edilməsini diktə edirdi. Təyyarə Qazaxıstanda yerə çırpılıb, istintaqı qazaxlar aparacaqlar, Azərbaycan ciddi nəzarət edəcək. Üstəlik, Beynəlxalq Sərnişin Aviasiyası Təşkilatı (ICAO) və “Embraer” şirkəti əsl səbəbin ortaya çıxmasında maraqlıdır. Belə halda nə edə bilərsən?

Amma yox. Aylarla inkar etdilər və artıq istintaqın yekunlaşmaq üzrə olduğu, həqiqətin rəsmən açıqlanması ərəfəsində etiraf edib üzr istədilər.

Bir şey də diqqətimi çəkdi. Putin deyir ki, təyyarəyə raketin özü yox, çox güman, parçaları dəyib. Amma “yer-hava” və “hava-hava” raketlərinin iş prinsipi zatən belədir. Raketin özünün yan keçmək ehtimalı böyükdür. Ona görə də hədəfə az qalmış partlayır və içindəki zərbə elementləri ətrafa yayılır. Bu zaman hədəfin məhvi ehtimalı qat-qat artır.

Qəza ilə bağlı İlham Əliyevin tutduğu mövqe, sonda Rusyadan üzrxahlığa nail olması təqdirəlayiqdir. Amma bu həm də Rusiyanın nə qədər zəifləməsinin göstəricisidir. Nə qədər prinsipial mövqe tutursan tut, əvvəlki Rusiyadan üzrxahlığa nail olmaq mümküm deyildi.

Şahmatda belə bir qayda var: partiyanı 10-15 gedişə udmaq mümkün deyil, amma uduzmaq mümkündür. Yəni rəqib kobud səhv etməsə, debüt fəlakətinə yol verməsə, onu belə tezliklə məğlub edə bilməzsən, nə qədər dahi olsan da. Bir müddət əvvəl Kasparov yeddi gedişə Məmmədyarova təslim olan kimi. “Dahi” strateq Putin də özünün fəlakətli səhvləri ilə Rusiya biabırçı vəziyyətə düşürüb.

Yadigar Sadıqlı

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İsrail HƏMAS-ın daha bir əsas simasını məhv etdi

redaktor

Ukrayna cəbhəsi dağılır: Ruslar Kiyevə girə bilər

redaktor

Zelenski: Rusiya qərar qəbuletmə mərkəzlərinə hücum etməyə hazırlaşır

redaktor