31.6 C
Bakı
13 Avqust 2026 16:32
DigərDünya

Daha bir Nobel sülh mükafatçısı bəlli oldu

Nobel sülh mükafatı Venesuela müxalifətinin lideri Maria Korina Maçadoya verildi.

Maria Maçado qəddar diktaturaya qarşı mübarizədə son illər önə çıxmış cəsur siyasətçidir. Maduro rejimi onu 2024-cü il prezident seçkilərinə buraxmadı. Maçadonun dəstəklədiyi namizəd, diplomat Edmundo Qonzalez seçkiləri əslində qazansa da, Maduro saxta rəqəmlərlə özünü yenidən prezident elan etdi. Seçkidən sonra keçirilən etiraz aksiyaları zamanı Maria Maçado oğurlanaraq bir müddət girov saxlanılmışdı.

Tramp gəldikdən sonra ABŞ Nikolas Maduronu narkoterrorizmdə ittiham edərək onun yaxalanması üçün təyin olunan məbləği iki dəfə artırıb və 50 milyon dollara qaldırıb. ABŞ hökumətinin məlumatına görə, Nikolas Maduro narkotrafiklə məşğul olan “Cartel de los Soles” (Günəş karteli) adlanan qruplaşmanın lideridir. ABŞ hərbi donanması son aylar Karib hövzəsində narkotik daşıyan gəmilərə zərbələr endirir.

Şahin Cəfərli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

ABŞ-ın təhlükəsizlik doktrinalarında Yaxın Şərq məsələsi

redaktor

Laçında “LAÇIN” yazısının hər hərfinə 100 min manat xərclənəcək. Bir hərfə — 100 min manat

redaktor

Paris-18 mart 1314 cümə günü…

redaktor