31 C
Bakı
13 Avqust 2026 19:07
CəmiyyətŞikayət

Mirdaməd Seyidov “Ağ Amerika” kəpənəyinin əlində girinc qalıb – Xətaidə ziyanvericilərə qarşı dezinfeksiyanın pulunu sakinlərə ödətdirirlər

Bir neçə gün öncə, Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən Lütfi Zadə küçəsində “Ağ Amerika” kəpənəyinin yayılması, ətrafdakı ağaclara ziyan vurması, hətta evlərə dolması barədə məlumat yaymışdıq. Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə ünvanladığımız sorğuya cavab olaraq bildirilmişdi ki, müraciət əsasında ərazi nəzarətə götürülüb.

Bu gün idarə əməkdaşı əraziyə gəlib, bir sakinin həyətyanı sahəsini dezinfeksiya edib.

Sakinlər yenidən Pravda.az-a müraciət edərək bildiriblər ki, digər zərərçəkən vətəndaşlara yardım göstərilməyib. Onlara deyilib ki, dezinfeksiya məqsədli məhlul çatışmır.

Sonradan sakinlərlə “razılaşma” əldə olunub, ərazi müəyyən formada dezinfeksiya olunub.

Dövlət bu istiqamətə yüz minlərlə vəsait ayırır. Bu, keçirilən tenderlərdən də bəllidir. Ortaya qoyulan fəaliyyət isə bərbaddır, vətəndaş işin keyfiyyətli aparılması üçün məcbur olur ki, ənənəvi qaydalardan, yəni “hörmət”dən istifadə etsin. Bir ərazi ilə bağlı mətbuatdan ünvanlanmış sorğu əsasında atılan addımlar bu cürdürsə, digər ərazilərin vəziyyəti aydın olur. Bər-bəzəkli, foto çəkdirmək xatirinə görülən işlər dövləti aldatmaqdan başqa bir şey deyil.

Qeyd:Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Mirdaməd Seyidovdur. M.Seyidovun adını “Google” platformasında yazıb, məlumatlarla, hansı işlərlə məşğul olduğu barədə tanış olmaq mümkündür.

 

Tacxeber.com

Oxşar xəbərlər

Yaxşısı odur, bu söhbət bitsin…

redaktor

Laçında “LAÇIN” yazısının hər hərfinə 100 min manat xərclənəcək. Bir hərfə — 100 min manat

redaktor

Azərbaycanda iyulda illik inflyasiya 5,8 faiz olub, ərzaq 7,3 faiz bahalaşıb

admin