22.1 C
Bakı
07 İyun 2026 14:42
CəmiyyətHadisə

Heyvan haqları müdafiəçisi Elxan Mirzəyevin saxlanıldığı bildirilir

Heyvan hüquqları müdafiəçisi Elxan Mirzəyevin oktyabrın 1-də axşam saatlarında Lerik rayonunun Günəşli kəndində yerləşən evindən bir qrup mülkigeyimli şəxs tərəfindən aparıldığı bildirilib.

“Azadlıq Radiosu” yazır ki, bu barədə onun ailə üzvləri oktyabrın 3-də məlumat yayıb.

Yaxınlarının sözlərinə görə, əməliyyat zamanı Mirzəyevin xanımının telefonu götürülüb və evdə videoçəkiliş aparılıb. Onun harada saxlanıldığı barədə məlumat verilmir. Daxili İşlər Nazirliyindən isə məsələ ilə bağlı açıqlama almaq mümkün olmayıb.

Elxan Mirzəyev 10 ildən artıqdır ki, heyvan hüquqlarının müdafiəsi ilə məşğul olur. O və digər fəallar əvvəllər sahibsiz itlərin güllələnməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə qarşı məhkəmə iddiası qaldırmışdılar. Həmçinin onlar itlərin saxlanma yerlərində işgəncəyə məruz qalması barədə ictimaiyyətə açıqlamalar vermişdilər.

Bu fəaliyyətlərinə görə 2017-ci ildə Mirzəyev və həmkarları – Nicat İsmayılov, Aynur Babazadə və İlhamə Nəsirova barədə “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin işçilərinin şikayəti əsasında məhkəmə hökmü çıxarılmışdı. Onlar böhtan və təhqirdə ittiham edilərək min manatdan iki min manata qədər cərimələnmişdilər.

Fəallar isə məhkəmə prosesinin sifarişli olduğunu bildirmiş, özlərini təqsirli saymadıqlarını bəyan etmişdilər. (AbzasMedia)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Pezeşkian: “İsrailə daha ağrılı və sarsıdıcı cavablar veriləcək”

redaktor

Sabir Rüstəmxanlı: “Bunu Tənzilə xanıma mən məsləhət görmüşəm” – MÜSAHİBƏ

admin

“Lukoil”: Təəssüf ki, intensiv yağan yağışlar nəticəsində benzinə su qarışıb – Sürücülərə dəymiş zərər ödənilməkdədir

redaktor