DünyaGündəmMuharibəSiyasət

Krımda Rusiyanın logistikasını məhv edirik – Zelenski

Ukraynanın uzaqmənzilli dronları müvəqqəti işğal olunmuş Krımda rus işğalçılarına dəqiq zərbələr endirir və logistikanı məhv edir.

Tacxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Nyu Yorkda keçirilən Krım platformasının sammitində deyib.

Zelenski qeyd edib ki, Ukraynanın zərbələrinin məqsədi Rusiyanın Krımı böyük hərbi bazaya çevirməsinin qarşısını almaqdır:

“Biz bunu xalqımızın həyatını qorumaq üçün etməliyik. Bizim uzaqmənzilli pilotsuz uçuş aparatlarımız dəqiq zərbələr endirir və Rusiya logistikasına təzyiqimiz öz nəticəsini verir. Rusiya hərbi maşını isə çox ciddi sınaqlarla üz-üzədir”.

Qeyd edək ki, sentyabrın 23-nə keçən gecə Ukrayna işğal olunmuş Krımdakı Kaça aerodromunda iki təyyarəni vurub.

 

Tacxeber.com

Oxşar xəbərlər

Tahir Rzayev: “Laçın dəhlizində gömrük keçid məntəqəsinin yaradılması çox vacibdir və bu Azərbaycanın haqqıdır”

redaktor

Britaniya tarixində indiyədək sağ qalan məhkumla bağlı qeydə alınmış ən uzunmüddətli məhkəmə səhvi – Yadigar Sadıqlı

admin

45 il sonra ədalət yerini tapdı, Norveç hökuməti təzminat ödəyəcək – FOTO

redaktor