22.5 C
Bakı
29 İyun 2026 03:53
DünyaMuharibəSiyasət

Sırsky: “Ukrayna ordusu Pokrovskda işğalçıları bir ildir dayandırır”

2024-cü ilin yayında Qərb hərbi analitikləri Donbasın strateji şəhəri olan Pokrovskun yaxın zamanda Rusiya ordusu tərəfindən ələ keçiriləcəyini proqnozlaşdırırdılar.

Lakin bu baş vermədi – şəhər hələ də Ukrayna ordusunun nəzarətindədir.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Aleksandr Sırsky “The Washington Post”a verdiyi müsahibədə bildirib ki, Pokrovsk artıq bir ildən çoxdur ki, Rusiya qoşunlarının intensiv hücumlarına qarşı dayanır.

Sırskinin sözlərinə görə, şəhərin müdafiəsi ukraynalı hərbçilərin əzmkarlığı və öncədən qurulmuş maneələr – xüsusilə də minalanmış sahələr sayəsində mümkün olub. Onun məlumatına əsasən, bu maneələr nəticəsində Rusiya hərbi texnikasının təxminən 30%-i məhv edilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

ZƏLZƏLƏ EFFEKTİ: Bakıda yeni binaların qiyməti kəskin düşə bilər: “Maraq sıfıra enəcək”

redaktor

Putin bundan qorxduğuna görə sammitə getmir – Markov

redaktor

Rusiya planına Ankara əngəli: “Türklər ərazilərimizi işğaldan qurtardılar”

redaktor