DünyaSiyasət

Taliban ABŞ-a hərbi baza verməkdən imtina edir

Taliban sözçüsü Zabihullah Mücahid Əfqanıstanın Baqram hərbi bazasını ABŞ-a təhvil verməyəcəyini açıqlayıb.

Tacxeber.com xəbər verir ki, onun sözlərini “Al Arabiya” yayıb.

Taliban sözçüsü deyib ki, Baqram Əfqanıstan ərazisinin bir hissəsidir. Bunun Əfqanıstan ərazisinin başqa hissəsindən heç bir fərqi yoxdur.

O, Əfqanıstanın öz ərazisini mübadilə etmək və ya tərk etmək niyyətində olmadığını da vurğulayıb.

Taliban 2021-ci il avqustun 15-də Əfqanıstanda tam nəzarəti ələ keçirib. Onlar ölkənin bütün böyük şəhərlərini və sərhəd keçid məntəqələrini ələ keçirdilər. Bundan sonra yaraqlılar ölkədə tam qələbə qazandıqlarını elan edərək yeni hökumət qurublar.

ABŞ 31 avqust 2021-ci ildə Əfqanıstandakı qoşunlarını tamamilə çıxararaq, ölkədəki iki onillik hərbi missiyasını başa vurub.

 

Tacxeber.com

Oxşar xəbərlər

Son günlər Hörmüz boğazında nələr baş verir

redaktor

Savaş artıq Kremlin qapısını sındırıb içəri girib!

redaktor

Bir sahədə oxu, başqa sahədə alim ol – Azərbaycan modeli…

redaktor