13 C
Bakı
25 Sentyabr 2025 10:29
CəmiyyətSağlamlıq

“İstanbul NS” klinikasında tibbi təhsili olmayan həkimlər çalışır?

Tacxeber.com xəbər verir ki, sözügedən klinika İnzibati Xətalar Məcəlləsinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamlıq qaydaları əleyhinə olan 215.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

“İstanbul NS” klinikası ilə bağlı iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. 25 sentyabr tarixində hakim Xalidə Əlisoyun sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, nizamnamə kapitalı 10 AZN olan “İstanbul NS” klinikasının qanuni təmsilçisi Azər Nəsirov Qənbər Oğludur.(Tribunainfo.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

AZAL-ın kapitanı son uçuşunu etdi – VİDEO

redaktor

Taksilərlə bağlı yenilik – 3000 manat dövlət rüsumu

admin

Yaşıl rəng həqiqətən görməni yaxşılaşdırır?

redaktor