21 C
Bakı
14 Oktyabr 2026 03:20
Cəmiyyət

Ünvanlı sosial yardımın aylıq məbləği artıb

 

“Son beş ildə Azərbaycanda ünvanlı sosial yardımın aylıq məbləği üç dəfə artıb”.

Tacxeber.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sahibkarlara “Dayaq” mükafatının təqdim olunması mərasimində deyib.

Nazir bildirib ki, bu dövr ərzində Azərbaycanda minimum pensiyalar 2,5 dəfə, orta pensiyalar 2,1 dəfə, sosial müavinət və təqaüdlər beş dəfə, ünvanlı sosial yardımın aylıq məbləği isə üç dəfə artıb:

“Bunlar çox böyük və əhatəli proqramlardır. Ümumilikdə, bu sosial islahatlar dörd milyondan çox vətəndaşımızı əhatə edir. Bu sosial ödənişlərin illik məbləği yeddi milyard manata bərabərdir. Bu rəqəm Azərbaycanın sosial siyasətinin ən bariz göstəricisidir”.

Azərbaycanda 2024-cü ildə ünvanlı sosial yardımın məbləği 270 manat olacaq. Bu, 2023-cü illə müqayisədə 24 manat və yaxud 9,8 % çoxdur.

Tacxeber.com

Oxşar xəbərlər

Hicabdan xilafətə: Türkiyə–Azərbaycan qardaşlığını təhlükəyə atan çağırışlar

redaktor

Nursultan Nazarbayev: “Biz ərəb deyilik”

redaktor

Qardaşlıq münasibətləri qarşılıqlı hörmət üzərində qurulmalıdır, dövlətlərin daxili işlərinə müdaxilə üzərində deyil

redaktor