22.8 C
Bakı
10 İyun 2026 02:16
CəmiyyətSağlamlıq

“İstanbul NS” klinikasında tibbi təhsili olmayan həkimlər çalışır?

Tacxeber.com xəbər verir ki, sözügedən klinika İnzibati Xətalar Məcəlləsinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamlıq qaydaları əleyhinə olan 215.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

“İstanbul NS” klinikası ilə bağlı iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. 25 sentyabr tarixində hakim Xalidə Əlisoyun sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, nizamnamə kapitalı 10 AZN olan “İstanbul NS” klinikasının qanuni təmsilçisi Azər Nəsirov Qənbər Oğludur.(Tribunainfo.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Gecə yatmaq, səhər qalxmaq bilməyənlərin nəzərinə! – Xəbərdarlıq edildi

redaktor

Koronavirusun yeni variantı ağciyəri məhv edir

redaktor

Ölkədə panik atak xəstəliyi fantastik səviyyədə artıb – AÇIQLAMA

redaktor