24 C
Bakı
21 Oktyabr 2026 15:07
DünyaSiyasət

Kallas: “Rusiya Polşaya dronları bilərəkdən atıb” – FOTO

“Pilotsuz uçuş aparatlarının Polşaya daxil olması təsadüfi deyil, bilərəkdən edildiyinə dair əlamətlər var”.

Tacxeber.comxəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

Polşanın baş naziri Donald Tusk isə təsdiqləyib ki, Polşa ərazisinə məhz Rusiya pilotsuz aparatları daxil olub.

“Birbaşa təhlükə yaradan dronlar vurulub. Mən NATO baş katibi və müttəfiqlərimizlə daimi təmasdayam”, – deyə o əlavə edib.

Polsat News yazır ki, Polşa NATO-nun 4-cü maddəsini tətbiq etməyi nəzərdən keçirir. Bu maddəyə əsasən, Alyansın istənilən üzv dövləti öz ərazi bütövlüyünün, siyasi müstəqilliyinin və ya təhlükəsizliyinin təhdid altında olduğunu hesab edərsə, Şimal Atlantika Şurasında təcili məsləhətləşmələrin keçirilməsini rəsmi şəkildə tələb edə bilər.

Tacxeber.com

Oxşar xəbərlər

Putinin təcriddən çıxış cəhdi: Tramp və Si ilə görüş nə vəd edir?

redaktor

İran Azərbaycana Türkiyədən Daha Çox Hörmət Göstərdi

redaktor

İranın diplomatik təmkinlə verdiyi mesaj Türkiyədəki bəzi siyasi

redaktor