CəmiyyətDünya

Nepalda etirazçılar Facebooku qadağan edən Baş naziri devirdilər

Nepal hökumətin  sosial medianın bloklanması qərarına etirazlar nəticəsində Baş nazir devrilib.

Tacxeber.com Reuters-ə istinadən bildirir ki, Nepalın baş nazirinin istefa verib.

“India Today”in məlumatına görə, rəsmiləri təxliyə etmək üçün hətta Bhaisepatinin iqamətgahından Tribhuvan hava limanına təxminən on helikopter uçub.

Sentyabrın 7-də hökumət Facebook, Instagram və YouTube daxil olmaqla 26 sosial şəbəkəyə girişi bloklamaq qərarına gəlib. Bu qərar korrupsiya ilə bağlı yaranmış narazılıqla birləşərək insanları küçələrə çıxarıb.

Sentyabrın 8-də etirazlar iğtişaşlara çevrilib: azı 19 nəfər həlak olub. Katmanduda polis parlamentə basqın etməyə çalışan etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Etirazçılar parlament binasını yandırmağa müvəffəq olublar.

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycana görə Rusiyada boykot olundu

redaktor

Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?

redaktor

Bu gün futbol üzrə Azərbaycan millisi Macarıstana qarşı oynacaq

redaktor