24.1 C
Bakı
28 İyun 2026 17:49
Dünyaİdman

Azərbaycanlı iş adamının klubu müflis elan olundu

Rusiyanın Moskva vilayətinin Arbitraj Məhkəməsi “Ximki” futbol klubunu müflis elan edib.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Klub iyunun 18-də fəaliyyətini dayandırıb. Daha əvvəl “Ximki” maliyyə çətinlikləri səbəbindən Rusiya Premyer Liqasının (RPL) cari mövsümündə iştirak etmək üçün lisenziya ala bilməyib.

“Ximki” 1997-ci ildə yaradılıb. Komanda ilk dəfə 2007-ci ildə yüksək diviziona yüksəlib.

Klubun RPL-də ən yüksək nailiyyəti 2021/22 mövsümündə səkkizinci yer olub. Bundan əlavə, “Ximki” iki dəfə Rusiya kubokunun finalına yüksəlib (2005 və 2020), 2006 və 2024-cü illərdə isə iki dəfə ölkənin ikinci divizionunun qalibi olub.

Qeyd edək ki, “Ximki” klubunun əvvəlki sahibi azərbaycanlı biznesmen Tufan Sadıqov olub.

 

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyədə “TikTok” da bağlanacaq?

redaktor

Keçmiş prezidentin oğlu və qardaşı vətənə dönsə, həbs olunacaq – Japarov

redaktor

Tramp: Tariflərin ləğvi ABŞ üçün dağıdıcı nəticələrə səbəb ola bilər

redaktor