25.3 C
Bakı
13 İyun 2026 12:56
DünyaSiyasət

“Siz təsəvvür edirsiniz, Rusiyaya nə qədər yardım edilir?”

Rusiyanın müttəfiqləri var. Onlar artıq təcavüzkar ölkəyə cəbhə xəttində vəziyyəti dəyişməyə kömək edirlər.

Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib.

Onun sözlərinə görə, Rusiyanın istifadə etdiyi bütün sursatların ən azı 40 faizi Şimali Koreyada istehsal olunur.

“Bütün həcmin 40 faizi nə deməkdir? Siz təsəvvür edirsiniz, söhbət hansı rəqəmlərdən gedir?” – deyə o əlavə edib.

Budanov qeyd edib ki, ruslar silah istehsalını bacardıqları qədər artırıblar. Nəticədə sursatların təxminən 60 faizini özləri təmin edirlər.

Eyni zamanda Budanov deyib ki, Şimali Koreya belə bir dəstəyi azaltmayacaq. Bu, onun üçün maksimum faydalıdır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ramiz Mehdiyev AMEA-nın iclasına gəlmədi

redaktor

Tramp Netanyahu ilə birlikdə İrandakı müharibəyə son qoymaq qərarına gələcək.

redaktor

Azərbaycan – Rusiya QALMAQALI süni yaradılıb? Şübhəli fakt.

admin