24.1 C
Bakı
28 İyun 2026 16:30
DünyaHadisə

Fransa muzeyindən 9 milyon avro dəyərində farfor oğurlanıb

Bu barədə Fransa KİV-ə istinadən xəbər verir.

Oğrular sentyabrın 4-nə keçən gecə muzeyə daxil olaraq ümumi dəyəri ən azı 9,5 milyon avro olan eksponatları aparıblar.

Məlumata görə, həmin eksponatlar bir zəngin kolleksiyaçıya məxsus olub və Çin farforuna həsr olunmuş müvəqqəti sərgidə nümayiş etdirilirdi. Muzeyə naməlum şəxslərin qanunsuz olaraq daxil olmaları barədə gecə saatlarında xəbər tutulub. İşçilər pəncərələrdə şübhəli izlər görüblər.

Hazırda insidentlə bağlı istintaq aparılır. Mütəxəssislər dəymiş ziyanı qiymətləndirməyə davam edirlər.

 

Tacxeber.com

Oxşar xəbərlər

Trampa verəcəyimiz 500 milyardımız yoxdur – Zelenski

redaktor

Paşinyana bu ölkədə qızıl medal verdilər

redaktor

İsrail İranın iki qırıcı təyyarəsini məhv etdi

redaktor