13 C
Bakı
03 Oktyabr 2026 23:44
DünyaSiyasət

Pezeşkian: Bu  iki ölkə İranı məhv etmək istəyir

“Qorxum xarici təhdid deyil, daxili fikir ayrılıqlarıdır”

“İsrail və ABŞ İranla müharibə istəyir. Biz müharibə istəmirik, amma hücum etsələr, onlara güclə müqavimət göstərəcəyik”.

Tacxeber.com xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian dövlət televiziyasına müsahibəsi zamanı deyib.
Pezeşkian bildirib ki, müharibə istəmədiymiz kimi, müharibədən də qorxmuruq: “Biz çalışırıq, amma ABŞ və İsrail İranı parçalamağa və devirməyə çalışır. Amma heç bir iranlı ölkəsinin bölünməsini və ya devrilməsini istəməz”, – prezident qeyd edib.

Pezeşkian  onu da qeyd edib ki, müharibə başlayacağı təqdirdə  ən narahatedici məqam  ölkə daxilindəki fikir ayrılıqlarıdır: “Mənim qorxum geri çəkilmək və ya xarici təhdidlər deyil. Mənim əsl qorxum daxili fikir ayrılıqları, daxili münaqişələr və bəzən kiçik məsələlərlə bağlı yaranan münaqişələrdir. Düşmənlər isə bu fikir ayrılıqlarını səbirsizliklə gözləyirlər”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Putinin Ukrayna məğlubiyyəti

redaktor

Zelenskinin açıqlaması Seulla gərginlik yaratdı: Cənubi Koreya “əlavə addımlar”la hədələdi

redaktor

Putinin “Valday” mesajı: Müharibə davam edəcək, dəhliz isə İrandan asılıdır

redaktor