CəmiyyətDünya

Orxan Hüseynzadə icra başçısı təyin ediləndə özü ilə beş nəfəri Ağdaşa aparıbmış

Prezident İlham Əliyev Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Rüfət oğlu Hüseynzadəyə işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət verib.

Tacxeber.com xəbər verir ki, Ağdaş Rayon İcra Hakimiyyətində aparılan yoxlama zamanı ciddi nöqsanlar aşkar edilib.

Məlum olub ki, O. Hüseynzadə icra başçısı təyin edilən zaman (01.11.2024) özü ilə beş nəfəri də Ağdaşa apararaq onlara İcra Hakimiyyətində müxtəlif vəzifələr verib. Bütün işləri sözügedən məmurlar aparıb, bu da etiraza səbəb olub.

O.Hüseynzadə həmin məmurları dünən işdən azad edib.

İşdən çıxarılan şəxslərdən üçünün adı məlum olub:

Elvin Quliyev – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi,

Şahin Bayramov – Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi,

Samir Quliyev – Tofiqi Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə.(Unikal)

 

Tacxeber.com

Oxşar xəbərlər

Kənan MM: “Məşədi Dadaş məscidindən hamı çıxıb gedib, bu, mənim üçün “Hacı Şahini iki dəfə itirdik” deməkdir”

redaktor

Qəzəbli insansınızsa, deməli… – Şok araşdırma

admin

“Sevgilimin arxasınca getdim, onun qurbanı oldum” – Terrorçunun yeni ifadəsi

redaktor