18 C
Bakı
21 Oktyabr 2026 03:15
Dünya

Yeni rəhbər Naxçıvan sakinlərini təəccübləndirdi

 

Naxçıvan Muxtar Respublikasına yeni təyin olunan Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli dünəndən etibarən sıravi naxçıvanlılarla görüşlərə başlayıb.

Tacxeber.com yenisabah.az-a istinadən xəbər verir ki, Naxçıvanın yeni rəhbərinin əhali ilə ilk təmasları qeyri-rəsmi mühitdə baş tutub.

Belə ki, Fuad Nəcəfli dünən axşam saatlarında Naxçıvanın mərkəzi küçələrində gəzintiyə çıxıb. O, sıravi insanlarla görüşərək, onların qayğılarını dinləyib, arzu və istəkləri ilə tanış olub. Fuad Nəcəfli onunla xatirə şəkli çəkdirmək istəyən Naxçıvan sakinlərinin bu arzusunu həyata keçirib. Dünən axşam saatlarından başlayaraq, naxçıvanlı sosial şəbəkə iştirakçıları yeni rəhbərlə şəkillərini müxtəlif platformalarda paylaşıblar.

Naxçıvan sakinlərindən biri deyib ki, Prezidentin səlahiyyətli nümayəndəsi qapısının onların üzünə həmişə açıq olduğunu deyərək, problemlərinin həlli üçün birbaşa onun özünə müraciət etməyi tövsiyə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyənin “hassasiyeti”ləri

redaktor

Fransaya gülməzdən əvvəl tarixi öyrənin

redaktor

Türkiyə–Azərbaycan münasibətlərində sınaq: Qardaşlığı qoruyan kimdir, gərginliyi artıran kim?

redaktor