26 C
Bakı
28 Sentyabr 2026 14:10
Dünya

Ukrayna Lukaşenkoya xəbərdarlıq ETDİ

Ukrayna Lukaşenkoya xəbərdarlıq ETDİ

 

Rusiya Ukraynaya qarşı müharibədə Belarusun ərazisindən və hava məkanından istifadə edir və bu, artıq bizə özümüzü müdafiə etmək hüququ verir.

Tacxeber.comxəbər verir ki, bunu  ukraynalı deputat,  Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Aleksandr Merejko yerli KİV-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu fiziki cəhətdən münaqişəyə cəlb olunmayana qədər Belarusa zərbə endirməyəcək.

“Belarus Ukraynaya qarşı cinayətində şərikdir. Bu o deməkdir ki, Belarus ərazisi müharibə teatrı ola bilər. Yəni, Ukraynanın Belarusa silahla cavab vermək hüququ var”, – o,   vurğulayıb.

Həmçinin deputat bildirib ki, Lukaşenko Rusiyaya Ukraynaya hücumlar üçün öz ərazisindən istifadə etməyə icazə verir. Amma Belarus ordusu hələ də Ukraynaya hücumda birbaşa iştirak etməyib. Ola bilsin ki, Lukaşenko üçün hələ də qırmızı xətlər var və o, qorxduğu üçün onları keçmir.

Tacxeber.com

Oxşar xəbərlər

İslam birliyi: Azərbaycandan tələb edilən, Azərbaycana göstərilməyən həmrəylik?

redaktor

Liman istiqamətində gözlənilməz zərbə: Ukrayna Rusiyanın planını pozdu

redaktor

Zelenski: Bir həftə ərzində 10 mindən çox rus əsgəri zərərsizləşdirilib

redaktor