30 C
Bakı
01 Sentyabr 2025 21:31
CəmiyyətDünya

Orxan Hüseynzadə icra başçısı təyin ediləndə özü ilə beş nəfəri Ağdaşa aparıbmış

Prezident İlham Əliyev Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Rüfət oğlu Hüseynzadəyə işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət verib.

Tacxeber.com xəbər verir ki, Ağdaş Rayon İcra Hakimiyyətində aparılan yoxlama zamanı ciddi nöqsanlar aşkar edilib.

Məlum olub ki, O. Hüseynzadə icra başçısı təyin edilən zaman (01.11.2024) özü ilə beş nəfəri də Ağdaşa apararaq onlara İcra Hakimiyyətində müxtəlif vəzifələr verib. Bütün işləri sözügedən məmurlar aparıb, bu da etiraza səbəb olub.

O.Hüseynzadə həmin məmurları dünən işdən azad edib.

İşdən çıxarılan şəxslərdən üçünün adı məlum olub:

Elvin Quliyev – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi,

Şahin Bayramov – Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi,

Samir Quliyev – Tofiqi Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə.(Unikal)

 

Tacxeber.com

Oxşar xəbərlər

Rəşad Dağlının oğlunun bu paylaşımı hamını kövrəltdi – FOTO

redaktor

Vasif Talıbova məxsus olmuş məşhur şirkətlər bağlanır

redaktor

Ələsgər Məmmədli: “Həkimlər əməliyyat olunmağım üçün sənəd verməyə qorxurlar”

admin