DünyaSiyasət

İran rusların da ölkəyə girişinə məhdudiyyət qoydu – Səbəb

İrana  getmək istəyənlər üçün viza qaydalarının sərtləşdirilməsi səbəbindən rusiyalı turistlərdə bundan sonra artıq özbaşına viza ala bilməyəcəklər.

Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya Turoperatorlar Assosiasiyası İranın Moskvadakı səfirliyinə istinadən xəbər verir.
“İndi İrana turist vizası almaq üçün İranın turizm şirkətləri ilə əlaqə saxlamaq lazımdır. Bu, Rusiya turoperatorları vasitəsilə edilə bilər. Onlar iranlı tərəfdaşlarla əlaqə saxlayacaqlar”, – məlumatda deyilir.

Buna səbəb kimi arzuolunmaz şəxslərin İrana girişinin qarşısının alınmsı göstərilir. “İran Yaxın Şərq regionunda münaqişənin kəskinləşməsi səbəbindən arzuolunmaz şəxslərin ölkəyə daxil olmasının qarşısını almaq üçün belə məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalıb”, – bəyanatda bildirilir.
Yeni qayda İranda otel rezervasiyalarına da şamil edilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Rus ordusu təşəbbüsü itirir – Mövqelər ələ keçirildi

admin

Ukraynanın qəfil hücumu: rus ordusu rüsvay oldu – Teleqraf

redaktor

Azərbaycan Rusiyanın böyük dostudur – Peskov

redaktor