DünyaHadisə

Donald Tramp yoxa çıxıb…

Tramp bir neçə gündür ictimaiyyətin gözündən itib, bu onun üçün çox qeyri-adi haldır. Bu baxımdan ABŞ-da konspirasiya bumu var: konspiroloqlar Trampın ölümü ilə bağlı şayiələr yayırlar. Onların arqumentlərindən biri də J.D.Vensin “nəsə olarsa” Trampı əvəz etməyə hazır olduğu sözləridir.

Tramp çərşənbə axşamından bəri ictimaiyyət qarşısına çıxmayıb və prezidentin əlində qəribə bir ləkə əmələ gəlib (Kraliça II Yelizavetanın əlində də ölümündən bir qədər əvvəl də buna bənzər ləkə olub). Bundan başqa, Ağ Evin yaxınlığında yerləşən pizzacıda sifarişlərin kəskin artımı qeydə alınıb – sözdə pizza indeksi (gözlənilməz vəziyyətlərin əlaməti). Heç kim bu məlumatı rəsmi şəkildə şərh etməyib. ABŞ prezidentinin ölümü ilə bağlı heç bir dəlil yoxdur.

Tramp qəfildən məzuniyyətə çıxıb qolf oynaya bilər. Bununla belə, ABŞ prezidenti kifayət qədər yaşlı adamdır və ölkənin yüksək vəzifəli şəxslərinin səhhəti həmişə müzakirə və spekulyasiya obyekti olub.

 

Dadaş Əhmədli

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI

redaktor

Fars körfəzində TƏHLÜKƏLİ VƏZİYYƏT – 900-dən çox gəmi kursunu itirdi

redaktor

Tanınmış məşqçi həbs edildi – Sumqayıtda daha bir idman biabırçılığı

redaktor