23 C
Bakı
07 İyun 2026 16:32
DünyaSiyasət

Ərdoğan Rusiyanın Bayraktara zərbəsindən sonra Zelenskiyə yardım vəd edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin yaydığı məlumata görə, söhbət zamanı Türkiyə ilə Ukrayna arasında ikitərəfli münasibətlər, Ukrayna ilə Rusiya arasında sülh prosesi, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan Ankaranın Alyaska və Vaşinqtonda baş tutan təmasları yaxından izlədiyini qeyd edərək, Türkiyənin davamlı sülhə nail olmaq üçün səylərini davam etdirdiyini vurğulayıb. O əlavə edib ki, sülh bərqərar olduqdan sonra Türkiyə Ukraynanın təhlükəsizliyinə töhfə verməyə davam edəcək.

Dövlət başçısı Rusiya ilə Ukrayna arasındakı müharibədə ədalətli həllin mümkün olduğunu, tərəflər arasında danışıqların gücləndirilməsi və davam etdirilməsinin vacibliyini vurğulayıb, həmçinin Türkiyənin sülhə yol aça biləcək yüksək səviyyəli təmasları asanlaşdırmağa hazır olduğunu bildirib.

Bundan əlavə, Ərdoğan Ukraynanı bu yaxınlarda keçirilən Müstəqillik Günü münasibətilə təbrik edib.

Xatırladaq ki, ötən gecə Rusiya Kiyevdəki Bayraktar zavodunahücum edib .

 

Tacxeber.com

Oxşar xəbərlər

Qadın uzun müddət sürən zökəmdən sonra burunsuz qalıb – FOTO/VİDEO

redaktor

Zelenskidən İstanbul danışıqları ilə bağlı SÜRPRİZ AÇIQLAMA

redaktor

Rusiya dövlət televiziya kanalında Azərbaycana qarşı növbəti – TƏXRİBAT – FOTO

redaktor