25.7 C
Bakı
13 İyun 2026 22:40
DünyaSiyasət

Zelenski Rusiya ilə iş görən şirkətlərə və şəxslərə sanksiya tətbiq edir

Vladimir Zelenski öz Telegram kanalında Rusiya ilə iş aparan bəzi ölkələrdən olan 167 şirkət və şəxslərə qarşı sanksiya tətbiq olunduğunu açıqlayıb.

Onun sözlərinə görə, Kanadanın tətbiq etdiyi sanksiyalarla sinxronizasiya çərçivəsində siyahıya 139 fiziki və hüquqi şəxs əlavə edilib. Ukrayna müstəqil olaraq müxtəlif ölkələrin daha 28 vətəndaşına qarşı sanksiya tətbiq edib.

Zelenski mütəmadi olaraq Rusiyanın fiziki və hüquqi şəxslərinə, habelə digər ölkələrin vətəndaşlarına və şirkətlərinə qarşı sanksiyalar haqqında fərmanlar imzalayır.

O vurğulayıb ki, Rusiyaya öldürməyə davam etməyə və gələcək təcavüz üçün hərbi maşın qurmağa kömək edənlərin hamısı dünyanın real təzyiqini hiss etməlidir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bəşər Əsədin yeri bilinmir…-Putin də ondan üz döndərdi…- “Bloomberg News”

admin

Pezeşkian Əliyevə “barışdınız” deyərkən, nəyi nəzərdə tuturdu?

redaktor

Rusiya: İran lideri Xameneinin aradan götürülməsi “Pandora qutusunu açacaq”

redaktor