DünyaSiyasət

Tramp “TikTok” almaq niyyətində olan ABŞ alıcılarının siyahısının olduğunu bildirib

ABŞ prezidenti Donald Tramp Çinin “ByteDance” şirkətindən “TikTok” sosial şəbəkəsini almaq niyyətində olan amerikalı alıcıların siyahısının olduğunu bildirib.

Bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

“Alıcılarımız var. Onu almaq istəyən çox ciddi amerikalı alıcılarımız var. Mən “TikTok” pərəstişkarıyam. Uşaqlarım “TikTok”u sevirlər. Gənclər “TikTok”u sevirlər. Və biz bunu etməyə davam edə bilərik, lakin təhlükəsizlik məsələlərini izləyəcəyik “, – Ağ Ev lideri əlavə edib.

Tramp həmçinin qeyd edib ki, o, hələlik Çin lideri Si Cinpinlə bu barədə danışmayıb, lakin bunu lazımi vaxtda etmək niyyətindədir.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Sandra mənim həyatımın əsas sevgisidir” – Saakaşvili

admin

Berlinin seçimi: Prinsiplər yox, qaz

redaktor

Avropa Məhkəməsi “Pegasus” işi üzrə Azərbaycan hökumətinə suallar göndərib

admin