28 C
Bakı
17 Avqust 2026 19:00
DünyaSiyasət

NATO baş katibi Mark Rutte Kiyevdə: Ukrayna üçün təhlükəsizlik təminatları hazırlanır

NATO-nun baş katibi Mark Rutte Kiyevə səfəri çərçivəsində bildirib ki, hazırda Ukrayna üçün etibarlı təhlükəsizlik təminatlarının müəyyən edilməsi istiqamətində iş aparılır.

Bu barədə o, Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında çıxışı zamanı qeyd edib.

“Etibarlı təhlükəsizlik təminatları mühüm rol oynayacaq. Biz hazırda onların müəyyən edilməsi üzərində çalışırıq. Vaxtı çatanda, əziz Vladimir, ikitərəfli danışıqlara başladığında biləcəksən ki, sənin yanında Ukraynanın dostlarının gücü var.

Bu güc Rusiyanın imzalayacağı hər hansı razılaşmaya əməl etməsini təmin edəcək və Rusiyanın bir daha Ukraynanın bir kvadrat kilometr torpağına belə iddia etməsinə imkan verməyəcək”, – deyə Rutte vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistan və NVİDİA əməkdaşlığı, məğlub ölkənin yeni iqtisadi modeli bizi niyə düşündürməlidir?

redaktor

Xəzərin adını dəyişməklə tarixini dəyişmək olmaz!

redaktor

Tramp Cənubi Koreyadan İranla müharibədə kömək etməkdən imtina etdiyinə görə qisas alır

redaktor