DünyaSiyasət

İsrail Qəzzanı böyük ordu ilə işğal etməyə başladı

İsrail ordusu Qəzza şəhərinə nəzarəti ələ keçirmək üçün əməliyyatına başladığını elan edib. Bu barədə ordunun sözçüsü, briqada generalı Efi Defrin “Reuters”ə istinadən məlumat verib.

Bu günün əvvəlində İsrailin müdafiə naziri İsrail Kats “Gideonun Arabaları II” adlanan əməliyyatı təsdiqləyib.

60 min ehtiyat hərbçinin səfərbər olunacağı və 20 min əsgərin xidmət müddətinin uzadılacağı nəzərdə tutulur.

“Biz Qəzzaya qarşı hücumun ilkin əməliyyatlarına və ilk mərhələlərinə başlamışıq, İsrail Silahlı Qüvvələri artıq ən böyük şəhərin kənarlarını nəzarətə götürüb”, – deyə bu axşam general Defrin bildirib.

O, “Hamas”ı “partizan hərəkatı” adlandıraraq, onun ağır zərbələr aldığını vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Hörmüz boğazını Amerika adlandıracaq

redaktor

Problem Emin Ağalarov deyil, hamıya eyni imkanın verilməməsidir

redaktor

Qafqaz üçün “Məkkə sazişi”: Türkiyənin yeni təhlükəsizlik təşəbbüsü

redaktor