16 C
Bakı
22 Aprel 2026 16:19
DünyaMaraqlıTexnologiya

Robot Hamilədir

Çində, Quandjou şəhərində fəaliyyət göstərən Kaiwa Technology şirkəti insanabənzər hamilə robot üzərində çalışır. Robotun süni bətni sayəsində uşaq döllənmədən doğuma qədər daşına biləcək. İşin texnoloji tərəfi bir yana qalsın, ortya etik məsələlər çıxır.

Robotun texnoloji özəllikləri:

–Süni uşaqlıq: Fetus (döl) süni amniotik maye içində inkişaf etdirilir, borularla qidalanır;

–İnsanabənzər robot: Robot incubator rolunu oynamaqla bərabər həm də insan görünüşlüdür;

–2026-dən satışa çıxarılacaq robotun qiyməti 100 000 yuan (14 000 dollar) olacağı gözlənilir.

Müzakirə olunan ən önəmli xüsusun yeni doğulan uşağın “ana” ilə arasındakı təbii bağın itirilməsi, təbii prosesin pozulması.

Texnologiya infertil cütlüklər üçün yeni imkanlar aça bilər. Lakin təbii hamiləliyin fizioloji və psixoloji aspektlərinin itməsi, uşaq və ana hüquqları ilə bağlı suallar hələ cavabsız qalır.

Çin hamilə robot texnologiyasını inqilabi bir addım kimi təqdim etsə də ölkələrin cavabsız suallr qarşısında hansı addımlar atacağı ciddi müəmma təşkil edir.

İbrahim Nəbioğlu

Tacxeber.com

Oxşar xəbərlər

Onun 100 yaşı tamam oldu. O, bu həddə çatan ilk ABŞ prezidentidir.

admin

Putin Ukraynaya iki ay vaxt verdi

redaktor

Cərrahi robot insan müdaxiləsi olmadan öd kisəsinin çıxarılmasını uğurla həyata keçirdi

redaktor