22.5 C
Bakı
29 İyun 2026 03:22
CəmiyyətQalmaqalŞikayət

Maraqlıdır – Azərbaycan da Rusya da bunu etməyib, amma deputatımız Rusiyanı qınayır.

Bir az əvvəl qarşıma bir xəbər çıxdı. Xəbərin başlığı belədir: “Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir?”. Bir neçə deputat və ekspert də bu mövzuda şərh bildirib.

Hətta deputatlardan biri obrazlı desək, Rusiyanı ağ yuyub, qara sərib. Deyib ki, Rusiya BMT-nin Yerli xalqların hüquqları bəyannaməsini dəstəkləməyib, İLO-nun 169-cu konvensiyasını da ratifikasiya etməyib. Üstəlik bunu da “ar olsun”, “utanıb ölmürlər” tərzində deyib.

Deməyinə düz deyib, amma girib araşdırırsan ki, elə Azərbaycan özü də bu sənədləri nə dəstəkləyib, nə də ratifikasiya edib.

Öz-özünə düşünürsən ki, mən nə oxudum. Cənab deputat görəsən “informasiya müharibəsi”ni Rusiya ilə aparır, yoxsa Azərbaycan oxucusu ilə? Maraqlıdır

 

Araz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Londonda bu qiymətə əmlaklar alan azərbaycanlı nazir kimdir?

admin

Bu gün Milli Qəhrəman İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür

redaktor

Dünyanı heyrətləndirən 61 yaşlı azərbaycanlı “Tarzan” – VİDEO

redaktor