32 C
Bakı
19 Avqust 2025 14:05
CəmiyyətGündəmQalmaqalSiyasət

“Azərbaycan xaricdə yaşayan bəzi mühacirlərin həbsini tezləşdirmirsə, o demək deyil ki, proses belə də davam edəcək”.

Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, xaricdə yaşayan və istintaqa cəlb edilən şəxslərin Azərbaycana gətirilməsi qanunvericilik çərçivəsində həyata keçiriləcək. Onun sözlərinə görə, həmin şəxslər barədə artıq qiyabi həbs qərarları verilib.

“Onlar Azərbaycana qarşı düşmən mövqeyi tutmağa davam edirlər, lakin xaricdən aparılan qarayaxma kampaniyalarının heç bir nəticəsi olmayacaq”, – deyə deputat “Pravda .az”a açıqlamasında vurğulayıb.

Müşfiq Cəfərov əlavə edib ki, Azərbaycan güclü dövlətdir, ölkədə sabitlik mövcuddur, xalqla hakimiyyət arasında birlik var:

“Azərbaycanın güclü iqtisadiyyatı, ordusu, beynəlxalq tərəfdaşları və möhkəm dayaqları mövcuddur. Əgər bu gün Azərbaycan dövləti bu şəxslərin həbsini tezləşdirmirsə, o demək deyil ki, proses belə də davam edəcək. Onlar azadlıqda olduqları müddətdə dövlətimizə qarşı cinayətlərini artıraraq, öz işlərini ağırlaşdırırlar. Tezliklə digərləri kimi qaçıb orda-burda gizlənənlər də həbs olunacaqlar. Azərbaycan hüquqi və demokratik inkişaf yolunu seçmiş bir dövlətdir. Hər bir hüquqi dövlətdə əsas prinsip qanunun aliliyidir və qanun qarşısında hər kəs bərabərdir. Əgər kimsə cinayət törədibsə, o cəzalandırılmalıdır, bu, birmənalıdır”.

Deputat qeyd edib ki, Azərbaycanda heç kim siyasi baxışına görə həbs olunmur:

“Yalnız cinayət tərkibli əməllərə görə məsuliyyət var. Hüquqi dövlətin əsas prinsipi qanunun aliliyidir və qanun qarşısında hər kəs bərabərdir” (AbzasMedia)

 

Tacxeber.com

Oxşar xəbərlər

90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI

redaktor

“Saxta qaçaqmalçılıq ittihamı bizi susdurmaq üçündür və işə yaramayacaq, qaçaqmalçılar Azərbaycanın sərvətlərini Avropaya, Amerikaya daşıyanlardır” – “Meydan Tv”nin 12 yaşı tamam olur

admin

Britaniya kəşfiyyatı Rusiya haqqında yeni məlumat yaydı.

admin