23 C
Bakı
12 Oktyabr 2026 14:41
Cəmiyyətİdman

Keçmiş başçı doğum günündə vəfat etdi.

Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vəlihə Abdullayeva vəfat edib.

“Tacxeber.com” “İqtisadiyyat.az”a istinadən xəbər verir ki, o, Bakı şəhərində 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Vəlihə Böyükağa qızı Abdullayeva 1949-cu ilin yanvarın 1-də dünyaya gəlib. O, 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, 1987-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirib. 1971-ci ildən Salyan Rayon Maliyyə şöbəsində, Salyan Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində, Salyan Rayon İcra Hakimiyyəti Aparatında müxtəlif vəzifələrdə çalışıb.

1997-ci ildən Salyan Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini yerinə yetirib, 1998-2001-ci illərdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Tacxeber.com

Oxşar xəbərlər

Prezidentin xüsusi nümayəndəsinin adı 100 min manatlıq hərrac işində: məhkəmə araşdırmayıb

admin

Dövlətin hər qərarının arxasında cəmiyyətin təhlükəsizliyi və gələcəyi dayanır

redaktor

Məktəb forması, hicab və dövlətin prinsipial mövqeyi

redaktor