25.3 C
Bakı
13 İyun 2026 11:52
HadisəŞou

Rəqsanənin anası qızının həbsindən danışdı

“Bu haqda heç nə deyə bilmərəm. Hər şey mətbuatda yazılıb. Hazırda şəkərim yüksəlib”.

Tacxeber.comxəbər verir ki,bunu Teleqraf-a müğənni Rəqsanə İsmayılovanın anası Adilə Həsənova qızının həbsinə münasibət bildirərkən deyib.

Xatırladaq ki, Rəqsanə İsmayılovanın anası Adilə Həsənova və bacısı Ellada İsmayılova 2007-ci ildə insan alveri ittihamı ilə həbs edilmişdilər.

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova dələduzluqda təqsirli bilinərək bu gün həbs edilib. O, iki nəfərin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu ələ keçirməkdə ittiham olunur. Müğənninin barəsində “külli miqdarda ziyan vurmaqla dələduzluq etmə” maddəsi üzrə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. R. İsmayılovanın barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Belə çıxır ki, təqsirləndirilən jurnalistlər Gömrük Komitəsi ilə əlbir olublar.

admin

Nazim Bəydəmirlinin səhhətinin pisləşdiyi bildirilir.

admin

Masallı sakinində külli miqdarda psixotrop maddə aşkarlanıb – FOTO

redaktor