16 C
Bakı
03 Oktyabr 2026 15:58
DünyaQalmaqalSiyasət

Fars şovinistləri ölkəmizi “Bakı dövləti” deyərək adlandırırdılar.

Erməni və fars şovinistlərini birləşdirən ortaq xüsusiyyətlərdən biri də çoğrafi və tarixi adları qondarma adlarla dəyişdirmək cəhdləridir. Fars şovinistləri müstəqil Azərbaycanın varlığını həzm edə bilmədiklərinə görə, bir ara ölkəmizi “Bakı dövləti” deyərək adlandırırdılar. İndi də Xəzərin adını dəyişdirməyə cəhd edirlər.

Tehran Universitetinin professoru Həsən Fazili yerli televiziya kanallarından birində çıxışı zamanı Xəzər dənizinin adını bəyənmədiyini açıqlayıb və insanlardan “Xəzər” sözünü işlətməməyi tələb edib. O, bunu belə “əsaslandırıb” ki, dənizə “Xəzər” adını guya yəhudilər verib. İranlı professor ölkəsindəki digər şovinistlər kimi Xəzəri “Mazandaran gölü” adlandırmağı təklif edib.

Ölkələrinin bu qədər problemi var, Prezidentləri Məsud Pezeşkian ağır geosiyasi vəziyyətdən çıxış edərək deyir ki, qonşu ölkələrlə yaxşı münasibətlər qurmaq lazımdır, ancaq yaxşı münasibət qurmağa çalışdıqları Azərbaycana yenə dil uzadırlar. Görəsən biz də İran əvəzinə “Persiya” və ya “Səfəvi dövləti” terminindən istifadə etsək, bu fars şovinistlərini susmağa vadar edərmi?

 

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə: mübahisə ola bilər, düşmənçilik yox

redaktor

Ruslar Kiyevdəki Şimal Körpüsünə hücum edərək nəqliyyatın hərəkətini dayandırdılar

redaktor

NATO Fransadan Azərbaycanla əməkdaşlığa qoyulan blokadanı aradan qaldırmağı tələb etdi

redaktor