17 C
Bakı
31 Mart 2026 15:18
DünyaSiyasət

Makron Fransanın Kamerundakı repressiyalarına görə üzr istəyib

Fransa prezidenti Emmanuel Makron Fransanın Kamerundakı kütləvi repressiyadakı rolunu etiraf edib.

Fransa Prezidentinin Kamerun Prezidenti Paul Biyaya məktubu 1945-1971-ci illərdə Kamerunun müstəqillik mübarizəsində Fransanın rolunu araşdıran birgə Franko-Kamerun komissiyasının nəticələrinə əsaslanır.

Məktubda deyilir: “Tarixçilər Kamerunda müharibə olduğunu, bu müharibə zamanı müstəmləkəçi hakimiyyət orqanlarının və Fransa ordusunun ölkənin müəyyən bölgələrində müxtəlif repressiv zorakılıq formalarından istifadə etdiyini açıqladılar. Bu müharibə 1960-cı ildən, Fransanın Kamerunun müstəqil hakimiyyət orqanlarının hərəkətlərini dəstəklədiyi vaxtdan sonra da davam etdi”.

“Bu gün mən bu hadisələrdə Fransanın rolunu və məsuliyyətini etiraf etməliyəm”, – Fransa prezidenti əlavə edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya yenə Ukraynanı raket atəşinə tutdu: 4 ölü, 8 yaralı

redaktor

Azərbaycanda həbslər getdikcə daha çox narahatlıq doğurur – Almaniya hökumətinin üzvü

admin

“Siz təsəvvür edirsiniz, Rusiyaya nə qədər yardım edilir?”

redaktor