25 C
Bakı
28 Avqust 2026 02:03
DünyaSiyasət

Makron Fransanın Kamerundakı repressiyalarına görə üzr istəyib

Fransa prezidenti Emmanuel Makron Fransanın Kamerundakı kütləvi repressiyadakı rolunu etiraf edib.

Fransa Prezidentinin Kamerun Prezidenti Paul Biyaya məktubu 1945-1971-ci illərdə Kamerunun müstəqillik mübarizəsində Fransanın rolunu araşdıran birgə Franko-Kamerun komissiyasının nəticələrinə əsaslanır.

Məktubda deyilir: “Tarixçilər Kamerunda müharibə olduğunu, bu müharibə zamanı müstəmləkəçi hakimiyyət orqanlarının və Fransa ordusunun ölkənin müəyyən bölgələrində müxtəlif repressiv zorakılıq formalarından istifadə etdiyini açıqladılar. Bu müharibə 1960-cı ildən, Fransanın Kamerunun müstəqil hakimiyyət orqanlarının hərəkətlərini dəstəklədiyi vaxtdan sonra da davam etdi”.

“Bu gün mən bu hadisələrdə Fransanın rolunu və məsuliyyətini etiraf etməliyəm”, – Fransa prezidenti əlavə edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

İsrailli polkovnik Məkkə razılaşmasında “Sünni atəş tağı” görür

redaktor

İranla gizli diplomatiya: üç yol Tehrana gedir

redaktor

Azərbaycan Türkiyə–İsrail gərginliyində yenidən vasitəçi ola bilər

redaktor