13 C
Bakı
04 Oktyabr 2026 05:59
DünyaSiyasət

Əliyev: Trampın Azərbaycan haqqında bilikləri məni çox heyran etdi

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Tramp ilə görüşünün səmimi və dostluq şəraitində keçdiyini bildirib.

“Bu gün Azərbaycan-Amerika münasibətlərində yeni səhifə açılır. Prezident Trampla görüşümüz çox səmimi və mehriban keçdi. Bu, mənim prezident Trampla ilk görüşümdür və çox isti keçdi. Onun Azərbaycan haqqında bilikləri məndə dərin təəssürat yaratdı”, – dövlət başçısı ABŞ-a səfərinin yekunları üzrə mətbuata müsahibəsində deyib.

Əliyevin sözlərinə görə, Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün işçi qrupu yaradılıb. O, bu sənədin əhəmiyyətini vurğulayıb.

Prezident həmçinin 907-ci maddənin ləğvini tarixi hadisə adlandırıb və ABŞ-a səfərinin nəticələrindən məmnunluğunu bildirib. O əlavə edib ki, Ermənistan Konstitusiyasındakı ərazi iddiaları bu gün sülh sazişinin imzalanmasına mane olub.

 

Tacxeber.com

Oxşar xəbərlər

Putinin Ukrayna məğlubiyyəti

redaktor

Zelenskinin açıqlaması Seulla gərginlik yaratdı: Cənubi Koreya “əlavə addımlar”la hədələdi

redaktor

Putinin “Valday” mesajı: Müharibə davam edəcək, dəhliz isə İrandan asılıdır

redaktor