22.8 C
Bakı
10 İyun 2026 00:26
DünyaSiyasət

Tehrana qarşı yeni ittiham meydana gəlib

ABŞ, Böyük Britaniya, Albaniya, Avstriya, Belçika, Kanada, Çexiya, Danimarka, Finlandiya, Fransa, Almaniya, Hollandiya, İspaniya və İsveçin İran xüsusi xidmət orqanlarını Avropa və Şimali Amerika ölkələrində qətl və adam oğurluğu həyata keçirməkdə ittiham etməsinin ardınca Tehrana qarşı yeni ittiham meydana gəlib.

ABŞ, Fransa və Ukrayna İranı Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinə hərbi dəstək verməkdə ittiham edib.

Aydın görünür ki, Qərb ölkələrində İranın ekstraterritorial təhlükə yaratdığı qənaəti güclənir. Bütün bunlar ABŞ, Böyük Britaniya, Almaniya və Fransanın nüvə sazişinin bağlanması üçün İrana verdikləri son tarixin başa çatmasına günlər qaldığı bir zamanda baş verir.

Məlum olduğu kimi ABŞ, Böyük Britaniya, Almaniya və Fransanın nüvə sazişinin bağlanması üçün İrana avquts ayının sonuna kimi vaxt veriblər.

Əks halda Böyük Britaniya, Almaniya və Fransa İranı BMT Təhlükəsizlik Şurasının 2015-ci il razılaşmalarına əsasən ləğv edilmiş sanksiyalarını yeniləyəcək mexanizmi işə salacaqları ilə hədələyirlər.

İran təhdidi ilə bağlı İsrail-Ukrayna strateji dialoqu da Tehrandaan gələn təhlükəyə qarşı əməkdaşlığı gücləndirir.

Aydın görünür ki, İrana qarşı geniş koalisiya formalaşmaqdadır.
İrana qarşı geniş hərbi müdaxilə belə görünür ki, zaman məsələsinə çevrilir. Çox böyük ehtimalla bu müdaxilə yayın son, payızın ilk günlərində baş verə bilər. Bəlkə də belə bir hərbi müdaxilə üçün İranın sonuncu axmaqlığını gözləyirlər.

Teokratik rejimin “qırğıları”nın “Beynəlxalq Sülh və Çiçəklənmə naminə Tramp Yolu” (Trump Route for International Peace and Prosperity, TRIPP) ilə bağlı Azərbaycanın ünvanına səsləndirdiyi təhdidlərin və İranda yeganə ligitim dövlət rəsmisi olan prezident Məsud Pezeşkianına sui-qəsd ehtimalının gerçəkləşməsi istiqamətində hansısa addım molların sonuncu axmaqlığı ola bilər.

Aydın görünür ki, bölgədə status-kvo artıq belə davam edə bilməz. Bu status-kvo dağılmadan yeni dünya düzəni formalaşa bilməyəcəyi də artıq hər kəsə aydın olmalıdır.

 

Xaqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Özünü firon etdi, işçilərini isə qul – Elman Əzizovun əndrəbadi ad günü – FOTOLAR

admin

Priqojinin alt paltarında görüntüləri yayıldı – ŞOK FOTO

redaktor

REGİONQarabağdan gələn ermənilər Araikin yaxın dostunu döydülər – İrəvanda nə baş verir ?

admin