DünyaSiyasət

Tramp mümkün qədər tez Putin və Zelenski ilə görüşü təşkil etməyi tapşırıb

ABŞ prezidenti Donald Tramp administrasiyasını Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski ilə mümkün qədər tez görüş təyin etməyə çağırıb.

Bu barədə CNN Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

Amerika liderinin köməkçilərinin dərhal Putin və Zelenski ilə görüşlər planlaşdırmağa başladığı iddia edilir. Telekanalın məlumatına görə, onlar bir-iki həftəyə baş tuta bilər.

“Prezidentin səfərini və iki dünya lideri ilə böyük görüşü planlaşdırmaq adətən vaxt tələb etsə də, rəsmilər qeyd ediblər ki, Tramp öz komandasını sürətlə hərəkətə keçməyə çağırır”, – bəyanatda deyilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Dövlət katibi Marko Rubionun ABŞ-ın vasitəçilikdən potensial imtinası barədə bəyanatı: blefdir, yoxsa hədə?

admin

Mask ABŞ-da yeni siyasi partiyanın yaradılması üçün sorğu açdı

redaktor

Məni “günah keçisi” elan ediblər – Merkel

redaktor