DigərDünyaSiyasət

Maskın sosial şəbəkəsi Hindistanı məhkəməyə verir

Milyarder sahibkar Elon Musk və Hindistan hökuməti arasında ölkədə söz azadlığının gələcəyinə təsir edə biləcək döyüş gedir. Reuters xəbər verir ki, Maskın sosial media platforması X Hindistan hökumətini qanunsuz və konstitusiyaya zidd senzurada ittiham edərək məhkəməyə verib.

Buna səbəb hökumətin məzmuna nəzarəti gücləndirməsi olub. 2023-cü ildən Hindistan hökuməti nəşrlərin silinməsini tələb etmək hüququ olan məmurların dairəsini genişləndirdi və 2024-cü ilin oktyabrında bu cür sorğuların göndərilməsi üçün Sahyog veb-saytını açdı. X onu “senzura portalı” adlandırır və qoşulmaqdan imtina etdi.

Qeyd edək ki, gərginliyə baxmayaraq, Musk və Modi arasında münasibətlər ictimaiyyətdə isti olaraq qalır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bir deputat mandatını çox görən hakimiyyət prezident kürsüsünü seçkiyə çıxararmı?

redaktor

Ərdoğandan İranın Zəngəzur təhdidlərinə sərt cavab: “Azərbaycanla tarixi ittifaqdayıq

redaktor

Milli Şura oyunu: Müxalifəti bir zərbə ilə silmək planı

redaktor