13 C
Bakı
04 Oktyabr 2026 00:35
CəmiyyətHadisəQalmaqalŞikayət

170 milyon da belə getdi.

İndi aydın oldu niyə, Covid19, təhlükəsizlik bəhanəsi ilə ölkənin quru sərhədlərini bağlayıb, xalqı ‘Azal’-ın baha qiymətli avibiletlərini almağa məhkum edirlər?

Məlum olub ki, ‘Azal’-ın sabiq prezidenti Cahangir Əsgərov 170 milyon pul aparıb özü ilə İspaniyaya.

Ölkədə onlarla aeroport ola-ola imkan vermirlər xarici low cost (ucuz avidaşıyıcı xidmət) uçuşlar həyata keçirən aviakompaniyalar ölkəyə daxil olsunlar. ‘Azal’-ın uçuş biletlərinin qiyməti isə dünya standarları ilə müqayisədə 5-6 dəfə, bəzən 10 dəfə daha baha qiymətə təklif olunur işləyən əhalinin 50%-dən çoxunun median əmək haqqı 450 manat olan ölkədə.

Hələ bu bir nəfərin bir xidmətdən çırpışdırdığı bilinən vəsaitdir.

Məsələn, bu məqbləqlə Azərbaycandakı bütün veteranların aldığı 80 manatı iki il müddətində iki dəfə artırmaq mümkün idi.

Azərbaycan tam bir işğal altındadır. Bu elə bir işğaldır ki, Lullibi dövlətindən bu yana Azərbaycan belə bir işğalla heç zaman qarşılaşmayıb.

 

Qulu Məmmədli

www.Tacxeber.com

Oxşar xəbərlər

Dubay–Təl-Əviv reysi: Terror cəhdi hekayəsində cavabsız qalan suallar

redaktor

Nəsimi Musayev hadisəsi: Psixoloji böhran ehtimalı araşdırılmalıdır

redaktor

Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”

admin