DünyaSiyasət

Tramp üçüncü dəfə prezidentliyə namizəd olub-olmayacağını açıqladı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp üçüncü dəfə prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı açıqlama verib. O, bu barədə CNBC telekanalına verdiyi müsahibədə danışıb.

“Yox. Yəqin ki, yox”, – deyə Tramp jurnalistin “üçüncü dəfə prezidentliyə namizəd olacaqsınızmı?” sualına cavab verib.

Buna baxmayaraq, siyasətçi üçüncü dəfə prezident olmaq istədiyini gizlətməyib. Onun sözlərinə görə, ABŞ tarixində ən yüksək reytinqlərə sahib olan siyasətçidir.

Qeyd edək ki, ABŞ Konstitusiyasına əsasən, bir şəxs iki dəfədən artıq prezident seçilə bilməz. Bu müddəa, Trampın fikirlərinin hüquqi reallıqla nə dərəcədə uzlaşdığını sual altında qoyur.

 

Tacxeber.com

Oxşar xəbərlər

Mənzillər, qətl və milyonlar: Elman Paşayevin oğlu səs-küylü işdə təqsirləndirilən şəxsə çevrilib

redaktor

Danimarka şahzadəsi İzabella avqustun 3-dən etibarən orduda xidmətə başlayıb

redaktor

Çinin kürd siyasətinə səssiz girişi: Pekin ABŞ-ın regional alətini balanslaşdırır

redaktor