15 C
Bakı
03 Oktyabr 2026 11:32
CəmiyyətDigərŞou

“Qanımızı içməyin, 1200 manata bilet olar?”

Şair Nazilə Səfərli Bakı-Tbilisi təyyarə biletlərinin qiymətinin 1282 manata qədər bahalaşmasına münasibət bildirib.

Tacxeber.com xəbər verir ki, “AZAL”ı tənqid edən Nazilə bunları yazıb:

“Əvvəldən bilet almaq məqsədəuyğundur. Yaxşı, bəlkə birinin qəfil yası düşdü, yaxud ağır xəstələndi, biznes sinfinə də imkanı çatmır ( biznesinizi də görmüşük cırıq çəkələklə paylaşımım var) onda neyləsin? Əvvəldən planlaşdırıb xəstələnsin, yaxud ölsün? Bu qədər dar düşüncənin sahibi kimdir? Yerlər satılıb? Pis gündə olan aerobusu böyük təyyarə ilə əvəzlə, daha çox qazan.Tələbata uyğun hərəkət et. Bilet 1200 manat, uçuş 55 dəqiqə. Qanımızı içmə!!! Qalmışam Gürcüstanda 1200 manat verib biznes sinif bileti almağa əlim gəlmir. 55 dəqiqə uçuşa o pul çoxdur, çox. İnsafınız olsun. Quru yollar açılana qədər qanımızı içməyin”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Hicab mübahisəsi: qızlarımızın təhsili və seçim azadlığı

redaktor

Hicab bəhanəsi arxasındakı hədəflər…

redaktor

Ombudsmanın maaşı 3 min 60 manatdan 12 min manata qaldırlıdı

admin