24.2 C
Bakı
28 İyun 2026 20:21
CəmiyyətDünya

Rusiyada Araz Aqalarovdan “Krokus”un alınması tələb olunub

Rusiya Federasiyasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihəsinin rəhbəri Vitali Borodin, azərbaycan əsilli iş adamı Araz Aqalarovdan “Krokus Siti Holl”un müsadirə olunmasını tələb edib.

Borodin bu tələbi Araz Aqalarovun Bakıya köçməsi ilə əsaslandırıb. O, həmçinin Aqalarovların oğlu Emin Aqalarovun maddi çətinliklərdən şikayət etdiyini, amma eyni zamanda “Sea Breeze”də böyük tikinti apardığını xatırladıb.

Borodin Telegram kanalında yazıb:

“Aqalarovlar artıq ‘lyujalarını təmizləyiblər’, sxem aydındır – Rusiyada kreditlər götürüb getdilər. Düşünürəm ki, bundan sonra daha maraqlı olacaq – banklar ‘Krokus’un əmlakını borcların əvəzinə tələb edə bilər.”

O həmçinin əmin olduğunu bildirib ki, vəziyyət inkişaf edəcək və kompleksin sahibləri üçün ciddi hüquqi nəticələrə səbəb ola bilər.

 

Tacxeber.com

Oxşar xəbərlər

Hansı yuxuların gerçəkləşdiyi məlum oldu

redaktor

FSB Ukrayna ordusuna yardım edən qadını həbs etdi

redaktor

Tramp: “Baş nazirin xanımından təsirlənirəm, çox gözəl qadındır” – FOTO

redaktor