22 C
Bakı
14 Sentyabr 2026 01:50
DünyaSiyasət

Hərbi səfərbərlik lazımdır, çox çətin olacaq: Lukaşenkodan həyəcanlı xəbərdarlıq

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkədə “hərbi səfərbərlik” tələb olunur, çünki növbəti il təzyiqlərin artması səbəbindən çox çətin olacaq.

Tacxeber.com xəbər verir ki, Lukaşenko bu barədə Minskdə Belarus diplomatik missiyalarının rəhbərləri ilə görüşdə deyib.

“Biz təkcə müharibə və hərbi əməliyyatlar zamanı deyil, həm də sülh dövründə səfərbər olmalıyıq”, – Lukaşenko bildirib.

Belarus lideri izah edib ki, diplomatlar və hökumət başa düşməlidir ki, biz sülh dövründə, amma hərbi səfərbərliyin zəruri olduğu bir dövrdə yaşayırıq.

“Bu il və gələn il çətin olacaq!” Lukaşenko təzyiq və tələblərin daha da artacağını vurğulayıb.

“Hesab edin ki, biz çox çətin sülh dövründə yaşayırıq, hərbi səfərbərliyə ehtiyac var!”, – Lukaşenko bir daha diqqət çəkərək əlavə edib ki, iqtisadiyyatı saxlamaq lazımdır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Zelenskini Rusiya dizel mühərriklərinə hücumları dayandırmağa çağırıb

redaktor

BRİCS yüz dəfə də toplaşsa, ciddi siyasi və iqtisadi güc mərkəzinə çevrilə bilməyəcək

redaktor

“Rusiya bir həftədə Ukraynaya 2100 dron və 78 raket atıb”

redaktor