Xanhüseyn Kazımlı 25 il deputat olub, 1941-ci il təvəllüdlüdür. Dünyaya göz açanda İkinci Dünya Müharibəsi yeni başlamışdı, bu həmin vaxt idi ki; Stalin, Hitler sağ idi, hələ dünyada BMT, NATO adlı təşkilatlar yaranmamışdı, Kəşmir problemi hələ yox idi, Qaqarin sovet xalqlarının qəhrəmanı deyildi… Amma Xanhüseyn müəllim hələ də sağdır, Allah cansağlığı versin, bir söz demirəm, Allahın işinə də müdaxilə etmək fikrindən uzağam.
Amma xəstəliklərdən, işgəncələrdən, sosial problemlərdən ölən gənclərimizdən, zorlanıb yandırılan körpələrimizdən ən azı 7-8 dəfə artıq yaşamalı deyildi bu adam… Allah yaşadıb da, bir bildiyi var demək…
Oğlu 15 min manat maaş, 30 min manat paket alır, İpoteka Fondunun İdarə Heyətinin sədridir, böyük biznesi var. Qızı da ali məktəbdə müəllimədir, alimdir, biznesi var. X.Kazımlı istəyir ki, indi də qızı deputat olsun, sabah da nəvəsi… Hələ əlavə 3 övladı da var, onlar nə işlə məşğuldurlar, Allah bilir… Dərd-sər yox.
A kişi, camaat xərçəngdən, vərəmdən, stressdən, depressiyadan ölüb qırılır e, insafın yoxmu!?
Nədir, özünüzdən canımızı güclə qurtarırıq, indi övladlarınızdan çəkək? Sevgililər, qohumlar, rəfiqələrin övladları, nəvələr artıq daha bərbad şəkildə dəbdədir. Hər nazirin öz siyahısı var, hərə öz adamını parlamentə soxuşdurmaq istəyir. Olmur axı! Bu qədər gənclər, istedadlı insanlar var, ömürləri çürüyüb gedir.