CəmiyyətDigərDünya

Bizim kişilərdə qadın görməmişliyi var.

Azərbaycan kişisinin böyük əksəriyyətinin ən zəif nöqtəsi qadındır.

Bizim kişilərdə qadın görməmişliyi var. Hətta Azərbaycan kişisi sosial şəbəkələrdə açıq-saçıq geyimdə olan hansısa qadının şəklinə layk edəndə belə, hansısa ümidlə edir. Ümid edir ki, etdiyi laykın ona hansısa formada geri dönüşü olacaq. Məsələn, dostluğumda bir neçə kişi dostum var ki, onlardan hələ bir layk belə görməmişəm.

Ancaq hansı qadının şəklinə baxırsan — ya orda laykı var, ya da ki, şəklin altında rəyi. Mən bir il gecəmi-gündüzümə qatıb kitab yazıram, min bir əziyyətlə çap etdirirəm, səhifəmdə paylaşanda otuz-qırx bəyənmə gəlir. Ancaq TikTok-da canlıda şit-şit hərəkət edən qadının şəklinə iki min, üç min bəyənmə gəlir — əlbəttə ki, əksəriyyəti kişilər tərəfindən. Sonra da deyirik ki, dövlətin yazıçıya dəstəyi yoxdur. Əlbəttə ki, olmaz. Axı onlar görürlər bu xalqın nəyi sevdiyini. Ona görə də efirlərdə xalqın sevdiyi tiplər at oynadırlar, pul qazanırlar, kef edirlər. Mən və mənim kimilər isə nisyə kitab çap etdiririk, onu da nə əməlli sata bilirik, nə də ki, ata bilirik.

 

Şahin İsmayıl

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynanın ən böyük şirkətini azərbaycanlı aldı – Milyardlarla pul verdi

admin

ABŞ Ukraynaya əlavə 400 milyon dollar hərbi yardım edəcək

redaktor

“Bir imza və bir sətir” rubrikamızın bu axşamkı qonağı Elçin Hüseynbəylidir – Cavid Fərzəli yazır

redaktor