Cəmiyyətİdman

Bu gün “Qarabağ” Çempionlar Liqasında ilk oyununa başlayır

Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasının 2025/26 mövsümündə mübarizəyə başlayacaq.

Ağdam klubu 2-ci təsnifat mərhələsində “Şelburn”la ilk oyuna çıxacaq. İrlandiyanın paytaxtı Dublindəki “Tolka Park”da keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Bu komandalar arasında cavab oyunu isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Bu cütün qalibi 3-cü təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün üstün tərəfi ilə üz-üzə gələcək.

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar

22:45. “Şelburn” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: Ante Çulina, Luka Puşiç, İvan Mihali, Mateo Erceq (Xorvatiya)

VAR: Mario Zebec

AVAR: Tixomir Pejin

“Tolka Park”, Dublin, İrlandiya.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bir deputat mandatını çox görən hakimiyyət prezident kürsüsünü seçkiyə çıxararmı?

redaktor

Şöhrət azarı…

redaktor

Ötən gün Almaniyada bütün məktəblər, tədris, müəllim, şagirdlər, valideyinlər stress keçiriblər

redaktor