10 C
Bakı
27 Mart 2026 16:24
CəmiyyətDünya

35 gün erməni əsirliyində qalan Mobilə yüksək vəzifə verildi – FOTO

Vətən Müharibəsi qazisi, baş leytenant Mobil Əhmədzadəyə Müdafiə Nazirliyində vəzifə verilib.

Tacxeber.comxəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

M.Əhmədzadə Hərbi Polis İdarəsində şöbələrdən birinin rəis müavini kimi xidmətə başlayıb.

Qeyd edək ki, Əhmədzadə Mobil İlqar oğlu 1999-cu ildə Bakıda anadan olub.

O, Vətən müharibəsi zamanı yaralı halda 35 gün erməni əsirliyində qalıb və orada ayağı amputasiya olunub. Əhmədzadə 2020-ci ilin dekabrında əsirlikdən azad edilərək Bakıya gətirilib. (Qafqazinfo.az)

Tacxeber.com

Oxşar xəbərlər

Mövqelərimiz 30 dəfə atəşə tutuldu

redaktor

“İmişli”nin stadion problemi – Komanda Bakıya köçür?

admin

Gürcüstanda URAN satmağa cəhd edilər

redaktor